Əliyar adlı kişinin həyat yoldaşı və sevgilisi əlbəyaxa oldublar Bakıda qadın ərinin sevgilisinə 6 bıçaq zərbəsi vurub. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, rayonun İlyas Aslanov küçəsində 1994-cü il təvəllüdlü Babayeva Aynurə Fazil qızı Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın A.Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəmnində baş verib. Belə ki, Əliyarın (soyadı məlum deyil) həyat yoldaşı A.Babayevanı ərinə qısqanıb. Hadisəni törədən qadın saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.