Bakıda gənc oğlan ürəyindən bıçaqlandı – Zarafatın qurbanı oldu

  • 21.12.2017
  • 0

Gecə saatlarında paytaxtda qətl törədilib. APA TV xəbər verir ki, hadisə Bakının Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. Həmin rayon ərazisindəki avtobus dayanacağında qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Mirzağa Yusif oğlu üzərindəki bıçaqla tanışı 1997-ci il təvəllüdlü Qədirli Çingiz Ramiz oğlunun ürək nahiyəsinə zərbə endirib. Nəticədə Ç.Qədirli hadisə yerində dünyasını dəyişib. Binəqədi RPİ-nin 40-cı bolis bölməsi əməkdaşları və rayon prokurorluğunun nümayəndələrindən ibarət əməliyyat-istintaq qrupu hadisə yerində olub, müayinələr aparılıb. Qətldə şübhəli bilinən M.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun verdiyi ilkin ifadəyə əsasən, tərəflər həmin vaxt sərxoş vəziyyətdə olub və hadisə də ehtiyatsızlıqdan baş verib. Qətllə əlaqədar cinayət işi başlanılıb, istintaq gedir.