Bakının Nərimanov rayonunda 65 yaşlı kişini avtomobil vurub. APA TV-nin məlumatına görə, hadisə akademik Həsən Əliyev küçəsində baş verib. Həmin ərazidə 1952-ci il təvəllüdlü Babayev Firudin Nurəddin oğlu yolu keçmək istəyən zaman "Hyundai" markalı minik maşınının zərbəsinə tuş gəlib. Sürücü ağır xəsarət almış piyadanı öz avtomobili ilə təcili 1 saylı Xəstəxanaya çatdırıb. Müvafiq tibbi yardımdan sonra F.Babayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Yol qəzasının təfərrüatlarını Nərimanov polisi araşdırır.