ABŞ-ın Bağdadda öldürdüyü əfsanəvi general Qasım Süleymani kim idi?
ABŞ Silahlı
Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanına endirilmiş raket zərbələri
nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandiri
General Qasım Süleymani öldürülüb.
Bəs bilirsinizmi ki, Qasım Süleymani kim idi?
Qasım Süleymani 11 mart 1957-ci ildə İranın Kirman
ostanının Əfqanıstan sərhəddindəki Rabor şəhristanında yerləşən Qanadi Malik kəndində
yoxsul kəndli ailəsində anadan olub.
Sadə bir əkinçi olan atasının borcunu ödəmək məqsədilə
13 yaşında ikən təhsildən ayrılıb, əyalət mərkəzinə gedib və tikintidə fəhlə
işləyib. Boş vaxtlarında yerli idman salonlarında ağırlıqlıq qaldırma ilə məşğul
olub, Ayətullah Xomeyninin səyahət edən ardıcıllarından olan Höccət Kamyab adlı
təbliğatçısının xütbələrinə qatılıb, Xameneinin tələbələriylə tanış olub. Bu
tanışlıq onun və ölkəsinin gələcəyində mühüm rol oynayıb. 1975-ci ildə Kirman
Su İdarəsində sıravi işçi kimi əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətinə
başlayandan bir il sonra inqilabi fəaliyyətlə məşğul olan gizli təşkilata
qoşulub. Bu zaman ərzində şəxsən tanış olduğu Xamenei ilə yaxın münasibətləri
yaranıb. İlk tanış olduğu illərdə Kirman əyalətinin Ciroft bölgəsinə sürgünə
göndərilən Xameneini heç vaxt tərk etməyib və bütün iqtidar uğrunda mübarizələrdə
onu ən çox dəstəkləyən insana çevrilib. Daha sonra İranda İslam inqilabı
başlayıb və gənc Qasım da bu prosesdə aktivliyi ilə seçilib.
İranda 1979-cu ildə Şahənşah Məhəmməd Rza Pəhləvinin
devrilməsi və Ruhullah Xomeyni öndərliyində şiəliyin dövlət səviyyəsinə qaldırılaraq
islam respublikası yaradılması ilə nəticələnən İran İslam İnqilabından sonra
Süleymani İslam İnqilabı Keşikçiləri Korpusuna qatılıb. Hərbi təhsilinin
olmamasına rəğmən orduda tez bir zamanda yüksəlməyi bacarır. Karyerasının
başlanğıcında o, keşikçi vəzifəsində İranın şimal-qərbinə göndərilib və Qərbi
Azərbaycan ostanında kürd separatçı üsyanının yatırılmasında iştirak edib. Kürd
separatçılarına qarşı mübarizə onun hərbi-kəşfiyyat zəkasını ortaya çıxarıb və
rejimə sədaqətini isbatlayıb.
22 sentyabr 1980-ci ildə Səddam Hüseyn İran-İraq
müharibəsinə başladığı vaxt Qasım Süleymani öz komandanlığı altında tərkibi kirmanlı
əsgərlərdən ibarət olan hərbi qrup yaradaraq, onlara şəxsən təlim keçərək
müharibəyə qatılır. Hələ 30 yaşı tamam olmamasına baxmayaraq böyük hərbi əməliyyatlara
qatılaraq, İraqın işğal etdiyi torpaqları geri qaytarmaqda müvəffəqiyyətli əməliyyatlardakı
rolundan ötəri tezliklə ordu sıralarında yüksəlməyə və cəsarəti ilə şöhrətini
artırmağa nail olur. Bu müharibə zamanı göstərdiyi manevr və hərbi qabiliyyətləri
ilə nəinki Tehranda, hətta düşmən qüvvələri arasında ən çox haqqında bəhs edilən
hərbçi kimi ad qazanıb. Bu uğurlu yüksəlişin sonunda hələ gənc olmasına rəğmən
41-ci Sarallah diviziyasının komandiri təyin edilib. Onun rəhbərliyi ilə 41-ci
Sarallah diviziyası İranın Sistan-Bəlucistan bölgəsinin qaçaq-quldurlardan təmizlənməsində
önəmli rol oynayıb. Əsasən cənub cəbhəsində döyüşən Süleymani 1981-ci ildə
keçirilən Tariq-əl-Qüds əməliyyatında ağır yaralanır.
Süleymani beynəlxalq narko-tacirlərin maliyyə dəstəyi
ilə fəaliyyət göstərən qaçaqmalçılıqla mübarizədə də uğurlu əməliyyatlara imza
atdıqdan sonra İnqilab Keşikçilərinin rəhbərliyinə gətirilir. Birbaşa
Xameneinin rəhbərliyi altında fəaliyyət göstərən Süleymani 1998-ci ildən bəri
İranın xaricdəki hərbi-kəşfiyyat əməliyyatlarına cavabdeh olan Qüds Qüvvələrinin
komandanı idi.
2001-ci ilin 11 sentyabr hadisələri isə onun
karyerasının ən mühüm mərhələsinin başlanğıcı hesab oluna bilər. Belə ki, Əfqanıstanda
“Taliban” və “əl-Qaidə” qüvvələrinə qarşı vuruşan ABŞ-ın məhz Süleymaninin zəkasıyla
hərəkət etdiyi ortaya çıxır. Çünki Əfqanıstanın hərbi-strateji xəritəsini amerikalılara
hədiyyə edən şəxs general Süleymani olub. Yayılan məlumatlara görə ABŞ
ordusunun Əfqanıstanda ciddi müqavimətlə qarşılaşmamasının səbəbi də hücum
strategiyasının Süleymani tərəfindən hazırlanması olubmuş.
Əfqanıstandan fərqli olaraq, ABŞ-ın İraqda böyük itkilər
verməsinin səbəbi də Süleymani zəkasının İraqda amerikalıların əleyhinə işləməsi
ilə əlaqələndirilir. Çünki ABŞ-ın növbəti hədəflərindən biri İran idi...
İranın bu əfsanəvi generalının əli yalnız İraqa deyil,
həmçinin Suriya və Livana da çatırdı. ABŞ və Qərb ölkələrinin dəstəklədiyi
müxalifə t güclərinin Suriyada irəliləyişlərini dayandıran və hər şeyi tərsinə
çevirən qüvvənin də məhz Süleymani zəkasının olduğu bildirilir.
Rəsmi Tehran isə öz ordu generalları haqqında
hazırladığı virtual tanıtım səhifəsində Qasım Süleymanini “Yaxın Şərqi
barmağında fırladan general” kimi təqdim edirdi. Generalın Yaxın Şərqdəki
imicindən istifadə edərək, bölgədə söz haqqı qazanmaq istəyən rəsmi Tehran
Qasım Süleymani barədə təbliğat fəaliyyəti də aparırdı. Əvvəllər adı və şəkilləri
mediadan gizli tutulan Qasım Süleymaninin müxtəlif coğrafiyalarda keçirdiyi
görüşlər, çəkdirdiyi şəkillər tez-tez mətbuat orqanlarının səhifələrini bəzəyir,
o, telekanalların ən çox göstərdiyi ulduza çevrilmişdi. İranda onun həyatı və
apardığı mübarizə barədə sənədli filmlər çəkilir, sanki Türkiyənin yalnız filmlərdə
obrazını cızdığı Polad Ələmdarın gerçək prototipini yaradırdılar. İranın dini rəhbəri
Xamenei isə çıxışlarının birində bu əfsanəvi generalı “yaşayan şəhid”
adlandırmışdı.
ABŞ isə onu terrorçu elan etmişdi və 2020-ci il
yanvarın 2-dən 3-nə keçən gecə general Qasım Süleymani ABŞ-ın Bağdadın hava
limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.
TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw
TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html
TarPas "twitter"də: https://twitter.com/Cekli829
Tövsiyə etdiyim videolarım:
➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA
➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs
➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro
➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0
➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak
➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk
➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw
➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw
➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno
➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM
➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY
➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs
➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI
➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk
Musiqi: YouTube Library