5 milyon manatdan çox dəyəri olan narkotik vasitəni dövriyyədən çıxarıldı

  • 16.10.2023
  • 0

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə Daxili İşlər Nazirliyinin qarşısında dayanan prioritet məsələlərdən biridir. Bu istiqamətdə intensiv mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Təkcə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı, və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfər saxlanılıb.