EN
Upload video

Tovuzda orta məktəb binası yandı

4 views Society
Tovuzda orta məktəbdə yanğın baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, yanğın Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən 450 nəfərlik ikimərtəbəli binanın ikinci mərtəbəsini əhatə edib.
Ümumi sahəsi 693 kv/m olan ikimərtəbəli məktəb binasının çardağının yanar konstruksiyaları 80 kv/m, 6 sinif otağının tavanı 120 kv/m sahədə və qapıları yanıb. Yüksək temperaturdan digər otaqların tavanı 50 kv/m sahədə qarsalanıb.
Məktəb binasının qalan hissəsi və birinci mərtəbəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.