EN
Upload video

Səma narıncı rəngə boyandı

52 views Society
Böyük toz fırtınası Avstraliyanın cənub şərqindəki ərazilərdə səmanı narıncı rəngə boyayıb. Bu hal havanın keyfiyyətində də ciddi təsir göstərib.

FaktXeber.com-un məlumatına görə, uzunluğu 500 km olan toz buludunun bu gün Sidneyə çatması gözlənilir.

Avstraliya Meteorologiya Ofisi toz fırtınasına səbəb kimi avqustdan bəri yaşanan quraqlığı göstərib.

Səhiyyə Nazirliyi xüsusilə uşaqların, yaşlıların və nəfəs problemi olanların ehtiyac olmadıqca bayıra çıxmaması barədə tövsiyə verib.

Fırtınanın Sidneyə nə dərəcədə təsir göstərəcəyi isə təxmin edilmir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.