Şəhidimizin xatirəsi əbədiləşdirildi
6 views
Society
Sədərək Ticarət Mərkəzində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına şəhid olan Nəcməddin Sarkayevin büstünün açılış mərasimi keçirildi.
Tədbirdə millət vəkilləri, Sədərək Ticarət Mərkəzinin rəhbər heyəti, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk öncə, Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və daha sonra, dövlət himni səsləndirildi.
Açılış mərasimində çıxış edən millət vəkili Nəsib Məhəmməliyev şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açaraq, şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırdı..
Daha sonra çıxış edən , millət vəkili Fazil Mustafa Azərbaycanın bugünkü gündə qazandığı qələbədə şəhidlərimizin göstərdiyi misilisiz şücaətlərindən, Nəcməddin kimi gənclərimizin gələcək nəsilə bir örnək olmasından danışdı.
Sonra şəhidin adını daşıyan büstün açılışı oldu.
Tədbirin sonunda Sədərək Ticarət Mərkəzi ərazisində vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış şəhidlər parkında şəhidlərin adına ağaclar əkildi.
Qeyd edək ki, Nəcməddin Sarkayev 1999-cu il oktyabrın 9-da Balakən rayonunun Şərif kəndində doğulub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Və noyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Ölümündən sonra, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəcməddin Sarkayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Onu da bildirək ki, Nəcməddin Sarkayev uzun müddət Sədərək Ticarət mərkəzində mühafizə xidmətində işləyib.
REAL

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.