EN
Upload video

Sakinlərin suvarma problemi davam edir

4 views Society
Nə əkərsən, onu da biçərsən. Bir şərtlə ki əkəndən sonra suvarmaq mümkün olsun. Ağcabədi ryaonu Poladlı kəndinin sakinləri məhz suvarmaq imkanından məhrum olduqları üçün əkdikləri məhsul zay olur.

Söhbət balaca bir ərazidən yox, 58 hektarlıq böyük sahədən gedir.

Sakinlər deyir ki, artezian quyusunun motoru iki aydır ki, yanıb. Amma bu hal onlardan başqa kimsəni narahat etmir.

Problem verilişi olaraq Sakinlərin harayını Ağcabədi rayon Suvaram Sistemlər İdarəsinə çatdırmaq qərarına gəldik. Qurumun əməkdaşı problemin tezliklə həllinə söz verdi.

İnanaq ki, problemin həllini tapana kimi fermerlər zəhmətlərinin nəticəsini itirməyəcəklər.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.