EN
Upload video

Rusiyadan Xankəndi ilə bağlı açıqlama

6 148 views Society
Rus sülhməramlıları Xankəndinin cənub hissəsində mühəndis-kəşfiyyat və mina təmizlənməsi əməliyyatları həyata keçirib.

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mühəndis bölmələri Dağlıq Qarabağda 62 hektardan çox ərazini, 21 kilometrdən çox yolu sursatdan təmizləyib.

Ümumilikdə, 4 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Açıqlamada qeyd olunur ki, bölgədə hər gün 1 hektardan çox ərazi, 1 kilometr yol təmizlənir. Son sutka ərzində isə 2 min 876 partlayıcı obyekt aşkarlanaraq məhv edilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.