Qusar şəhidi ilə vidalaşıb
4 views
Society
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Heydərov Şair Camal oğlu Qusarda torpağa tapşırıldı.
Qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Mucuq kəndində dəfn edildi. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak etdilər.
Dəfn mərasimində cıxış edənlər qeyd etdilər ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Hərbçilərimiz düşmənin təxribatın qarşısını qəhrəmanlıqla alıblar. Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı atasına təqdim edildi.
Qeyd edək ki, 24 yaşlı Şair Heydərov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. O, yeni ailə həyatı qurmuşdu.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.