Pəhrizin "+" və "-" cəhətləri
14 views
Society
"1 həftəyə 7 kilo arıqlama", "10 günə 20 kilo çəki atma".... Bu cür fantastik nəticəni görüb internetdəki pəhriz proqramlarına müraciət edənlərin sayı çoxalır. Az bir müddətə istədiyin çəkiyə nail olmaq nə qədər təəccüblü görünsə də, bunun fəsadlarını yaşayanlar da az deyil. Elə qəhrəmanımız kimi... Mütəxəssislər deyirlər ki, insanlar arıqlamaq üçün tez nəticə əldə etməyə tələsməsinlər. Çünki tez çəki atmaq orqanizmdə müəyyən xəstəliyə səbəb ola bilər. Yəni insanların öz səhhətindəki problemi bilmədən və həkim məsləhəti olmadan arıqlama proqramına müraciət etməsi ziyandır. Çünki hər bir şəxsin orqanizminə, qan qrupuna uyğun individual dieta proqramı mövcuddur ki, buna əməl edilməlidir. Mütəxəssislər deyirlər ki, camaat əvvəllər məhz dəbə görə dietoloq yanına gedirdisə, indi sağlam arıqlamağa görə müraciət edirlə. Bu da müsbət haldır. Sağlam qidalanma üçün ilk növbədə meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Qazlı və şirəli içkilər, həmçinin şirniyyat ümumiyyətlə, qida rasionundan çıxarılmalıdır. Yeməkləri isə kərə yağı ilə deyil, bitki yağından bişirmək daha xeyirlidir. Dietoloqlar onu da bildirirlər ki, arıqlamaq üçün qidadan tamamilə imtina etmək düzgün deyil. Sadəcə rasiona daxil edilən yeməklərə diqqət yetirmək vacibdir. Dietoloqların sözlərinə görə, xroniki - məsələn, ürək, hipotit xəstəliklərindən əziyyət çəkənlərə ümumiyyətlə arıqlamaq üçün uzunmüddətli pəhriz saxlamaq olmaz. Onlar yalnız sağlam qidalanmaya görə pəhriz saxlaya bilərlər. Arıqlamaq üçün ən aktual vasitələrdən biri də idmandir. Bu da zərərsiz yol hesab olunur. Ona görə də son illər xüsusi pəhrizlə yanaşı, idmana da üstünlük verənlərin sayı çoxalıb. Dietoloqlar da, idmançılar da təsdiqləyir ki, idman və pəhrizi eyni vaxtda etməklə daha tez və sağlam arıqlamaq olar. Çünki heç kəsə sirr deyil ki, sağlamlığın yolu həm düzgün qidalanama, həm də idmandan keçir. Əks halda qəhrəmanımız Lalə Quluzadənin taleyini yaşaya bilərsiniz.
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.