EN
Upload video

Hava kəskin istiləşir

5 982 views Society
Sabah hava necə olacaq? Sabaha olan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq. Azərbaycanın rayonlarında əksər yerlərdə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.