Füzuliyə həyat qayıdır...
14 views
Society
İşğalının 30-cu ildönümü ərəfəsində Füzuliyə köç başladı. Artıq ilk 23 ailə doğma yurduna köçürülüb. 30 il əvvəl – 1993-cü ilin avqustunda evini tərk etmək məcburiyyətində qalan füzulililər artıq geri qayıtmağa başlayıblar.
Füzuli 1993-cü il avqustun 23-də işğal olunmuşdu. İşğal olunanda Füzuli rayanu inzibati vahid kimi 166 yaşını qeyd etməyə hazırlaşırdı. Lakin işğal buna imkan vermədi. Füzulililər öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmalı oldular. İşğal olunanda rayonun 135 min nəfərə yaxın əhalisi var idi. Rayonda 2 şəhər, 17 qəsəbə, 81 kənd var.
İşğal ərəfəsində hərbi reportyor kimi Füzulidə ezamiyyətdə olan Ədil Arifoğlu həmin günləri belə xatırlayır.
Füzulinin işğalı 2020-ci il oktyabrın 17-dək davam etdi. 44 günlük Vətən müharibəsinin gedişində Füzuli şəhəri işğaldan azad edildi və şəhərdə Azərbaycanın dövlət bayrağı dalğalandırıldı.
İşğal dövründə Ermənistan Füzulini darmadağın etmişdi. Xatırlayıram, 2020-ci il noyabrın 6-da – Ermənistanın kapitulyasına dörd gün qalmış Füzuliyə ezamiyyətə getmişdim. O vaxt çəkdiyimiz kadrlardan da göründüyü kimi, şəhərdə və kəndlərdə salamat bina qalmayıb, bütün tikililər yerlə bir edilib, abidələr, qəbiristanlıqlar dağıdılıb. Vəziyyət o yerdə idi ki, Füzuli işğaldan azad olunanda əsgərlərimiz bayrağımızı asmaq üçün hündür bina tapa bilməmişdilər.
İndi isə fərqli Füzuli ilə qarşı-qarşıyayıq. Artıq Füzulidə beynəlxalq hava limanı fəaliyyət göstərir, geniş quruculuq işləri aparılır və şəhər yavaş-yavaş sakinlərini qarşılamağa başlayıb. İnzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılan, bir neçə dəfə adı dəyişdirilən Füzuli bir ay sonra rayon olaraq 196 yaşını qeyd edəcək. 166 yaşında işğal altına düşən, yerlə-yeksan edilən Füzuli 196 yaşını geri dönməyə başlayan sakinləri ilə birlikdə və yeni görkəmdə qarşılayacaq.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.