EN
Upload video

Ət bu səbəbdən bahalaşır

899 views Society
Paytaxtda və bölgələrdə quzu və mal ətinin qiyməti yenidən yüksəlib. Lakin bu bahalaşma, sanki ənənəyə çevrilən bayramqabağı süni qiymət artımı ilə bağlı deyil.

İllərdir ət məhsullarının satışı ilə məşğul olan qəssab kəsim üçün aldıqları heyvanların azlığından şikayətlənir.

Onun sözlərinə görə, artıq kənd camaatına heyvan saxlamaq sərf etmir və bu səbəbdən qiymət artımı baş verib.

Görünür, fermerlər heyvanların sayını artırmaqda maraqlı deyillər.

"Əvvəl 10 baş heyvan saxlayırdıq, indi 2-3 heyvanı saxlamaqda çətinlik çəkirik. Çünki həm şərait yoxdur, həm də yem bahadır”, - deyə fermer Hikmət Səfərəliyev qeyd edib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.