EN
Upload video

Əlilliyə görə müavinət 60%-dək artırıldı

23 views Society
93 min şəxsə 103 min sosial ödəniş təyin olunmuşdur. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün Prezidentin təqaüdünün məbləği 2021-ci ildə 60 faizədək, bu ilin əvvəlindən isə əlilliyə görə sosial müavinətlər də 60 faizədək artırılıb.

Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Nazir bildirib ki, postmüharibə dövründə 11 min şəhid ailəsi üzvü və müharibə əlili ilə bağlı məşğulluq tədbirləri görülüb.

Sahil Babayev həmçinin qeyd edib ki, 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövründə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.Nazir reabilitasiya məsələlərindən də danışıb. O vurğulayıb ki, Bu çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.