EN
Upload video

Daha bir şəhid ailəsinə ev verildi

21 views Society
Bu gün Ağcabədi rayonunda “Şuşa ili”nə töhfə olaraq Vətən müharibəsi şəhidi Taryel Atayevin ailəsi üçün inşa edilən mənzilin təqdimatı keçirilib.

Təşəbbüs Beynəlxalq Avrasiya Fondu təşkilatı və Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi ətrafında birləşən həmvətənlərimizin topladığı vəsait hesabına reallaşdırılıb.

Qeyd edək ki, Şəhid Taryel Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədinin Minəxorlu kəndində anadan olub. Vətən müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.

Vətənin igid oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.