EN
Upload video

Bu rayonda su problemi həll olunub

8 views Society
Qobustan rayonunun Sündü kəndinin Yeni massiv adlanan ərazisində yaşayan sakinılərin içməli su problemi həll edilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili imkanları hesabına həyata keçirdiyi layihə çərçivəsində mərkəzləşdirilmiş su şəbəkəsi yaradılıb.

İçməli suyun verilməsi ilə bağlı keçirilən tədbirdə Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan rayonunda həyata keçirilən layihələrdən danışıb.O qeyd edib ki, rayonun Sündü kəndində icra olunan layihə sakinlərin sosial-məişət problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır.

İcra olunan layihə çərçivəsində mövcud sistemlərin yenidən qurulması ilə yanaşı, yeni infrastrukturlar da yaradılıb. Kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Layihə çərçivəsində Vətən müharibəsində şəhid olmuş Zamin Ağayevin xatirəsinə yaradılmış şəhid bulağına suyun verilməsi təmin edilib.Yeni layihənin icrası nəticəsində Sündü kəndinin Yeni yaşayış massivi adlanan ərazisində 1000-ə yaxın sakin dayanıqlı içməli su ilə təmin olunub.

Qeyd edək ki, bu layihədən əvvəl Qobustan rayonunun daha 3 kəndində Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də içməli su layihələri həyata keçirilib və həmin kəndlərin 4 minədək sakinin içməli su problemi həll edilib.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.