EN
Upload video

Bakıda məşhur bazarın keçmiş sahibi özünü asıb

3 651 views Society
Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az-ın xəbərinə görə, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qulu Quliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Q. Quliyevin Bakının Yasamal rayonu ərazisində yerləşən və “Şüşəli bazar” kimi tanınan ticarət mərkəzinin keçmiş sahibi olduğu bildirilir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.