EN
Upload video

Bakıda hamı “Tarqovı”ya axışır

1 007 views Society
Artıq bir neçə gündür ki, paytaxtın Fəvvarələr meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası açılıb.

Beşinci ili qeyd olunan yarmarkada 46 kiçik taxta köşk quraşdırılıb. Bu köşklərdə paytaxt sakinlərinə və xarici turistlərə müxtəlif çeşidli qida məhsulları - şirniyyatlar, salatlar, balıq qızartması, cürbəcür içkilər, Yeni il aksesuarları, bəzək əşyaları, kitablar və digər məhsullar təklif olunur.

Yeni ili rəngarəngliyi, parlaqlığı ilə qarşılayan yarmarka tək yerli sakinlərin deyil, xarici turistlərin də diqqətini cəlb edir. Hər kəs cibinə və tələbatına uyğun olaraq yarmarkadan nəsə almağa çalışır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.