EN
Upload video

Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi

1 819 views Society
Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.


Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

Abşeron rayon DYPŞ-nin baş inspektorunun verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.