EN
Upload video

Zeynəb Şəbnəmdən danışdı

33 093 views Latest news
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.

İfaçı aparıcının "Səncə, Şəbnəm Qəhrəmanova dünyaya uşaq gətirməklə düz etdi?" sualını cavablandırıb:

"Bilmirəm nə düşüb, necə qərar verib. Şəbnəmi tanıyıramsa, o maddiyyəti düşünüb belə addım atmaz. O, sevgiyə önəm verən xanımdır. Onun etdiyini mən etməzdim. Ancaq sevdiyim insan boşanmış da ola bilər. Amma evli birindən uşaq dünyaya gətirmərəm. Hələ ki, ağlımı itirməmişəm. O biri xanımın yerinə özümü qoyaram. Mən sevdiyim insanı bölüşə bilmirəmsə, o xanım necə bölüşsün? Niyə kiminsə ailəsini dağıdım? Əgər evli birini sevirsənsə, get kənardan sev. İstəyirsənsə, heç olmazsa, münasibətini gizli yaşa"./Oxu.az

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.