EN
Upload video

Zəfər Günü Londonda da qeyd olunub

7 views Latest news
Zəfər Gününün ildönümü münasibətilə Londondakı Fəxri Artilleriya Muzeyində ziyafət təşkil edilib.

100 nəfərdən çox qonağın qatıldığı tədbir Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Tədbirdə Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, o cümlədən Azərbaycana dost dövlətlərin səfirləri, çoxsaylı ölkələrin hərbi attaşeləri, media nümayəndələri, Britaniyadakı Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbiri açıq elan edən Səfir Elin Süleymanov 8 Noyabr – Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işləri , əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycan regionda sülh və əməkdaşlığı təşviq edir. Çıxış edən Azərbaycan ordusunun Londondakı hərbi attaşesi polkovnik Vüqar Əhmədov Silahlı Qüvvələrin yaranmasının tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb.

Vüqar Əhmədov zəfər gününü vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları sayəsində qeyd etdiyimizi, onlara daim minnətdar olacağımızı vurğulayıb. Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib.

Britaniya ilə Azərbaycan arasında uzun illər davam edən əməkdaşlıqdan da bəhs edən Evans ölkəsinin bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirməkdə və daha da gücləndirməkdə maraqlı olduğunu ifadə edib.Ziyafət zamanı Britaniyada yaşayan soyadaşlarımızı – Azərbaycanın milli və klassik musiqiləri səsləndirilib. Tədbirin sonunda Azərbaycan musiqiləri fonunda tərtib edilmiş təntənəli atəşfəşanlıq olub.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.