EN
Upload video

Yol polisi gücləndirilmiş iş rejminə keçib

8 views Latest news
Bu gün "son zəng"lə bağlı yol polisi gücləndirilmiş iş rejminə keçib. Səhər saatlarında paytaxtda bütün orta məktəblərin yaxınlığında yol polis şöbələrinin əməkdaşları naryadlar qoyub. Məqsəd məzunların valideynlərinə məxsus avtomobillə məktəb ətrafına gəlib təhlükəli hərəkətlər etmələrinin qarşısını almaq olub.



Xezerxeber.az-ın məlumatına görə, bu gün məzunlar yol polisinə avtomobil idarə etmələrinə icazə almaq üçün nə qədər israr etsələr də, polis buna icazə verməyib.





Belə bir vəziyyət paytaxtın Nəsimi rayonu, 151 saylı orta məktəbin qarşısında olub.



Məzunlarla söhbət zamanı onlar məktəbdə tədbir qutardıqdan sonra avtomobillə paytaxt küçələrində bunu qeyd etmək istədiklərini bildiriblər. Amma yol polisi məzunların istəyinə heç bir halda icazə verməyəcəyini və belə fakt aşkar edən kimi dərhal maşını cərimə meydançasına apacağını bildirib. Rayon dövlət yol polisi şöbəsinin rəisi Qəhrəman Qələndərov deyir ki, rayon ərazisində olan 29 orta məktəb polis tərəfindən tam nəzarətə alınıb.



Qeyd edək ki, məktəb qarşısındakı yollarda sürücülərin və piyadaların yollarda hərəkəti də polislər tərəfindən tənzimlənib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.