EN
Upload video
Yeni xəstəlik yayılıb

This video cannot be played right now.

Yeni xəstəlik yayılıb

1 315 views Latest news
Dünyada daha bir dəhşətli xəstəlik yayılıb.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, Hindistanda ortaya çıxan xəstəlik son həftə ərzində 50 nəfərin həyatına son qoyub. Ölənlərin çoxu uşaqlardır.

Uttar Pradeş ştatında yüzlərlə insan yüksək hərarət, baş ağrısı, susuzluq və ürək bulanması şikayətləri ilə xəstəxanaya müraciət edib. Bəzi xəstələrin qolları və ayaqlarında qızartılar əmələ gəlib.

Elm adamları xəstələrin hansı səbəbdən öldüyünü araşdırır. Xəstəliyin ağcaqanad dişləməsi nəticəsində yayıldığı ehtimal edilir.

Ölən 50 nəfərdən heç birnin koronavirus testi pozitiv çıxmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) naməlum xəstəliyin bütün dünyaya yayılmaq təhlükəsi olduğu barədə xəbərdarlıq edib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.