EN
Upload video

Yasamalda partlayış

343 views Latest news
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Oxu24.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.



Oxu: Bakının bu hissəsində evlər ucuzlaşacaq - ŞAD XƏBƏR

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.