EN
Upload video

YAP Qubada konfrans keçirdi

2 views Latest news
Qubada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Soyqırım: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi önünə gül dəstələri düzdü, dahi rəhbərin xatirəsini ehtiramla anıldı.

Daha sonra konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi. Burada soyqırım qurbanlarının xatirəsinə əbədiləşdirilən abidə önünə gül qoyuldu, ruhlarına dualar oxundu. Qonaqlara ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Quba Soyqırımı Memorial Kompleksini ziyarətdən sonra elmi-praktiki konfransa start verildi. Konfransda Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Baş prokurorunun 1-ci müavini Elçin Məmmədov, Xarici İşlər nazirinin birinci müavini Elnur Məmmədov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Milli Məclisin deputatı Anar İsgəndərov soyqırıma həsr olunan mövzularda çıxış etdilər. Qeyd edildi ki, istər XX, istərsə də XXI yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar.

Millər vəkili Elman Nəsirovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı. Azərbaycanlılara qarşı erməni vandalizminin simasını təşkil edən digər qatillər və canilər də qanun qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar.

Konfransın sonunda iştirakçılar adından bəyanat qəbul olundu.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.