EN
Upload video

Yanğınla mübarizəyə 2 helekopter cəlb edildi

341 views Latest news
Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində yanğın hadisəsi qeydə alınıb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilib. Əraziyə baxış zamanı müəyyən olunub ki, alov Qızılağac Milli Parkının qamışlıq sahəsində baş verib.

Hadisə ilə əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunub. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.