Xocasəndə daha min ağac əkilib
8 views
Latest news
Bakı şəhər icra hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər nazirliyi, eyni zamanda Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə Xocasən gölü ətrafında ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında Gənclər və idman naziri Fərid Qayıbov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, Bakı şəhər icra hakimiyyətinin rəsmi nümayəndəlikləri, Olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak edirdilər.
Aqrar İnkişaf Könüllülərinin də iştirak etdiyi aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 1000-dək Eldar şamı, Şərq çinarı, zeytun ağacları əkildi.
Qeyd edək ki, ölkədə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün sözügedən ərazilərdə mütəmadi olaraq ağacəkmə aksiyası təşkil olunur.
REAL

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.