EN
Upload video

Virusa yoluxma təhlükəsi davam edir

37 views Latest news
Vətəndaş məsuliyyətsizliyi - Tibbi maskanı 1-2 saat ara ilə dəyişmək lazımdır

“Virusdan qorunma qaydaları” deyəndə ağla ilk maska taxmaq gəlir.

Həkimlər deyir ki, maskanı 1-2 saat ara ilə dəyişmək lazımdır çünki, virus maskaya hopur və nəticədə yoluxma şansımız artır.

Vətəndaşlar arasında sorğu apardıq. Kimi maskanı heç kimi isə gündə 1 dəfə dəyişdiyini deyir.

Yoluxanlarla sağalanlar arsinda kifayət qədər ciddi fərqin olması məsələ ilə bağlı həyəcan təbili çalmağa əsas verir.

Bəs artımın səbəbi nədi?

Gəlin son 3 gün ərzində müşahidə olunan yoluxma dinamikasına nəzər salaq. Əgər yoluxanların sayı mart ayının 8-ində 195 idisə, növbəti gün 297 daha sonra 515 mart ayının 11 -isə 608 olub. Sağalanlar sayı bu müddətdə 71, sonrakı günlərdə 126 ,201 və 128-dir.

Göstərilən bu rəqəmlər kornavirus bəlasinin hələdə bizdən yan keçmədiyini bir daha sübut edir. Hər yumuşalmadan sonra,qadağaların olmamasından sui-istifadə edərək lazım oldu-olmadı evdən çıxanlar, hətta müxtəlif yığıncaqlar edənlər az olmur. Məhz belə halları nəzərə alaraq, buraxılan səhvləri təkrarlamamaq mütləqdir. Əks təqdirdə yenidən sərt karantinin tətbiq edilməsi qaçılmazdır. Virusa qalib gəlmək üçün məsuliyyətli davranmalı, karantin qaydalarına riayət etməli və peyvənd olunmalıyıq.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.