EN
Upload video

ÜST-dən pandemiya ilə bağlı nikbin açıqlama

21 views Latest news
Son iki həftədə dünyada koronavirus xəstəliyinin sabitləşməsi istiqamətində müsbət tendensiyalar müşahidə edilir.

Belə açıqlama ilə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Təcili yardım proqramının direktoru Maykl Rayan bildirib ki, son bir həftə ərzində dünyada 2.6 milyon insan xəstəliyə yoluxub, 54 min ölüm faktı qeydə alınıb.

Mövcud statistika hazırda dünyada epidemioloji vəziyyətin 2-3 ay əvvəllə müqayisədə daha yaxşı olduğunu deməyə əsas versə də, maraqlıdır ki, qurumun mütəxəssisləri arasında təzadlı fikirlərlə çıxış edənlər də az deyil.

Bu mənada, yaranmış vəziyyəti xarakterizə edən ÜST mütəxəssisi Maria van Kerxove, epidemioloji mənzərənin qənaətbəxş olmadığını xatırladıb.

Amerikada yoluxma sayında 13 faizədək azalma olsa da, bölgələrdə nəzərəçarpan artım heç də ürəkaçan deyil.

Başqa sözlə, son yeddi gündə Avropada 28, Afrikada 15, Qərbi Sakit Okean bölgəsində 10, Şərqi Aralıq dənizində 9, Cənub-Şərqi Asiyada isə 7% artım qeydə alınıb.

Azərbaycandakı epidemioloji vəziyyətə gəldikdə isə...

Xəstəliklə mübarizədə qızıl qaydalar hesab olunan sosial məsafənin qorunması, fərdi qoruyucu və dezinfeksiyaedici vasitələrdən istifadə, xüsusən də, peyvənd olunmaq əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus əleyhinə 769 vaksin vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə, 3 milyon 793 min 533-dür.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.