EN
Upload video

Ukraynada son vəziyyət

226 views Latest news
Ukraynanın Kiyev şəhərində insanlar metrostansiyaları evlərindən daha etibarlı hesab edirlər.

Bu barədə Baku TV-nin əməkdaşı məlumat verib.

Belə ki, hazırda insanlar Kiyevin “Arsenalna” metrostansiyasına toplaşıblar. Müxbirin sözlərinə görə, təkcə “Arsenalna”da deyil, digər metrostansiyalarda da evlərini tərk edən insanlar buraya yerləşiblər.

Bildirilir ki, hazırda insanlar evlərindən daha çox metrostansiyaları təhlükəsiz hesab edirlər. Onlar hətta ərzaq tədarükü də görüblər ki, gecəni burada keçirsinlər.

Qeyd edilib ki, Ukraynada hərbi vəziyyət davam edir. Son məlumata görə, Sum vilayəti istiqamətində rusların 14 tankı məhv edilib, Çerniqov vilayəti istiqamətində isə hələ təsdiq olunmamış məlumata görə Rusiya silahlı qüvvələrindən bir bölük təslim olaraq əsir düşüb.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.