EN
Upload video

Ukraynada Azərbaycanlılar saxlanıldı

11 050 views Latest news
Ukraynanın təhlükəsizlik qüvvələri Kiyevdə azərbaycanlıların da işlədiyi “Stoliçnıy” bazarında əməliyyat keçirib.

YPX.AZ Ukrayna KİV-nə istinadən xəbər verir ki, 150-dən çox bazar işçisinin yoxlanıldığı əməliyyat zamanı miqrasiya qanunvericiliyini pozan 18 nəfər saxlanılıb. Onlar Azərbaycan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

“15 əcnəbi vətəndaş Ukraynanın İnzibati Xətalar Məcəlləsinin 203-cü maddəsi ilə mühakimə olunublar. Onlardan 6-sı ölkədən deportasiya olunacaq. 3 əcnəbilər üçün müvəqqəti saxlama mərkəzinə köçürüləcək”, - deyə Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Saxlanılanların bir qismi isə 75 min qrivendən çox cərimələniblər.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.