EN
Upload video
Ukrayna itkilərini açıqladı

This video cannot be played right now.

Ukrayna itkilərini açıqladı

1 277 views Latest news
Ukrayna Müdafiə Nazirliyi ötən gecə Rusiyanın münaqişə bölgəsində atəşkəs rejimini 122 dəfə pozduğunu açıqlayıb.

Oxu24.com xəbər verir ki, hücumun Minsk razılaşmalarına əsasən qadağan olunmuş silahlarla həyata keçirildiyi bildirilir.

“Rusiya 152 millimetr və 122 millimetrlik artilleriya sistemlərindən, 120 millimetr və 82 millimetrlik minaatanlardan, müxtəlif sistemli qumbaraatanlardan, tank silahlarından və iriçaplı pulemyotlardan istifadə edib. Bundan əlavə, Rusiyanın pilotsuz uçuş aparatlarının 3 uçuşu qeydə alınıb”, - məlumatda deyilir.

Açıqlamada Ukrayna ordusunun mülki əhaliyə və mülki yaşayış məntəqələrinə atəş açmadığı, bombardmanlar nəticəsində 2 Ukrayna əsgərinin həlak olduğu, 4 hərbçinin isə yaralandığı bildirilir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.