EN
Upload video

Torpaqların elektron uçotu

9 views Latest news
Prezident İlham Əliyevin tapşırığı ilə 2016-cı ildən torpaqların elektron uçotunun aparılması işlərinə başlanıb VƏ 2020-ci ildə isə elektron uçotun tamamlanması nəzərdə tutulur.



Bunu "AZPROS-Real Time GNSS Xidməti"nin təqdimatında çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoru Fərid Cəfərov deyib.



F.Cəfərovun sözlərinə görə, yeni xidmət maksimum 10 sm səhvliyə yol verə bilər: "AzPROS sisteminə bir neçə il qabaq ilk dəfə Dünya Bankı ilə birgə həyata keçirdiyimiz layihə zamanı başlamışıq. Sonradan bunu daha da inkişaf etdirdik".



Mərkəzinin direktoru qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə ərazisində 37 stansiya var ki, bu da istifadəçilərin işini asanlaşdırır. "AzPROS sistemi bir sıra qoşulma növü təqdim edir. Bu isə istifadəçiyə daha geniş imkanlar açır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.