EN
Upload video

TƏCİLİ! Kiyev vuruldu

722 views Latest news
Bu gün Ukraynanın Kiyev şəhəri növbəti dəfə raket atəşinə məruz qalıb. Şəhəriin Şevçenkovskiy rayonu ərazisinə səhər saatlarında raket zərbələri endirilib.

"Report"un Şərqi Avropa bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə gələn Kiyev şəhər meri Vitaliy Kliçko jurnalistlərə bildirib ki, ilkin məlumata görə 2 nəfər yaralı xəstəxanaya yerləşdirilib.

"Dağıntılar altında qalanlar var. Xilasetmə işləri davam edir. Ümid edirik ki, onlar sağdır. Raket zərbələridir. Amma neçə raket düşməsi barədə hələ dəqiqləşdirmələr davam edir", - mer deyib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri aprelin əvvəlində Kiyev ətrafından çıxarıldıqdan sonra şəhərdə nisbi sakitlik olub.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.