EN
Upload video

Şuşada tarixi gün

2 views Latest news
Bu gün Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsi imzalanıb.

APA TV xəbər verir ki, Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiya müzakirə edilib və son nəticədə Niyyət Bəyannaməsi imzalanıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin nümayəndələri imzalanmış niyyət bəyannaməsi ilə bağlı fikirlərini bildiriblər. Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Kocaman APA TV-yə açıqlamasında baş tutan toplantının əhəmiyyətini qeyd edib: “Şuşada önəmli bir sənəd imzalayırıq. Önümüzdəki dönəmdə yeni bir platforma qururuq. Bunun bənzərləri var. Avropa Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi ortaq qurluşlar var. Ortaq beynəlxalq platformalar var. Niyə Türk dünyasında da olmasın? Çünki özünüz çox yaxşı bilirsiniz, yaşadınız. 30 illik işğalda Azəerbaycanımızıın haqlı səsini dünyayay çatdırmaqda hamımız çətinliklər yaşadıq. Zaman zaman qara propaqandalara məruz qaldıq. Türkiyəmizin, Özbəkistanımızın, Türkmənistanımızın bənzər problemləri ola bilər. Bu baxımdan bu toplantıyı biz strateji bir önəmə sahib bir toplantı olaraq görürük”.

O, eyni zamanda ortaq türk televeziyasının yaradılmasının əhəmiyyətindən də danışıb: “Ortaq televeziya ilə bağlı media sahəsində iş birliyimiz önəmli mövzularımızdan biridir. Bu mövzuda əvvəllər də müzakirələr aparılıb və müxtəlif addımlar atılıb. Bu mövzunu əlaqədar nazirliklərimiz, qurumlarımız müzakirə edirlər. Beynəlxalq bir xəbər kanalının, türk dünyası xəbər kanalının qurulması üçün bir niyyət var. Amma bu bir az təbii ki, zaman ala bilər. Bu asan bir mövzu deyil”.

Daha sonra qonaqlar “Cıdır düzü”ndə gəzintiyə çıxıblar.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.