EN
Upload video

Şuşada su anbarının inşası başa çatır

11 views Latest news
İşğaldan azad edilən ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılan Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində yeni su anbarları inşa olunur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən 25 min nəfər faydalanacaq. Layihəyə əsasən şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin 2022-ci ildə istismara verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək. Bu mənbələrdən götürülən suların toplanaraq optimal paylanması, eləcə də şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Hazırda birinci anbarın tikintisi üzrə əsas işlər yekunlaşıb, həmçinin anbarın giriş-çıxış xətləri quraşdırılıb və yardımçı binaların inşası davam etdirilir.

Layihəyə əsasən Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri inşa olunacaq. Eyni zamanda məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də planlaşdırılır. Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Kiçik Kirs və Zarıslı mənbələrində, eləcə də magistral kəmərlərdə bərpa işləri aparılaraq 2020-ci ildə hər iki mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.