EN
Upload video

Sumqayıtda toy kortejində qəza

608 views Latest news
Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Kortejdə olan 50-DE-500 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə nəqliyyat vasitəsini yol kənarında dayanmış “Mercedes-Benz” markalı avtomobilə çırpıb, sonra isə yol kənarında təmizlik işləri aparan 1956-cı il təvəllüdlü Xəlilova Rəxşəndə Xeyrulla qızını vurub.

Ağır bədən xəsarətləri alan 65 yaşlı qadın təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.