EN
Upload video

Su borusunu evə çevirdilər

28 views Latest news
Kiçik, mikro evlərə və mənzillərə olan ehtiyac qlobal miqyasda artır.

Honkonqdakı "James Law Cybertecture" memarlıq bürosu da kiçik evin maraqlı layihəsini hazırlayıb.

Milli.Az bildirir ki, büronun sahibi və layihənin müəlifi Ceyms Lounun dediyinə görə, "OPod Tube House" layihəsi standart beton su borusundan evin hazırlanmasını nəzərdə tutur.

Bu ev meqapolisdə daşınmaz əmlaka sahiblənə bilməyən gənc ailə üçün nəzərdə tutulub.

2,5 metr diametrli bu evin sahəsi 93 m2-dir.

Boru-evin içində standart rahatlıqlar, açılbı-yığılan çarpayılı qonaq otağı, mini-soyuducu, duşu olan vanna otağı və dolablar var.

Borulardan hən biri 22 ton ağırlığında olsa da, onların quraşdırılması asandır.

Belə boru-evi şəhərin istənilən yerində, məsələn, dalanda və ya körpünün altında quraşdırmaq olar.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.