Spiker hesabat verdi
3 views
Latest news
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın paytaxtı Afina şəhərinə işgüzar səfəri barədə qısa məlumat verdi. O, bildirdi ki, səfərdə məqsəd Parlament sədrlərinin Avropa konfransında iştirak etmək olub. Milli Məclisin sədri qeyd etdi ki, Parlament sədrlərinin ilk Avropa konfransı 1975-ci ildə baş tutub.
O vaxtdan bəri bu tədbir ənənəvi olaraq 2 ildən bir ya Strasburqda, ya da Avropa ölkələrindən birinin paytaxtında keçirilir. Bu dəfəki konfransda Avropa Şurasının üzvü olan 47 ölkənin parlament sədrləri, habelə müşahidəçi dövlətlərin 400 nəfərədək təmsilçisi iştirak edirdilər. İki gün davam edən toplantıda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və Sahibə Qafarova da iki mövzu üzrə çıxış edib.
Milli Məclisin sədri qeyd edib ki, konfransın davam etdiyi günlərdə bir sıra ikitərəfli görüşlər də keçirilib.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.