EN
Upload video
Siyavuş Novruzova pis xəbər

This video cannot be played right now.

Siyavuş Novruzova pis xəbər

545 views Latest news
Bakı Dövlət Universitetinin (BDU) müəllimi, filologiya elmləri doktoru, professor Məmmədəli Novruzov vəfat edib.

Metbuat.az Report-a istiandən xəbər verir ki, bu barədə mərhum professorun qızı məlumat verib.
Onun sözlərinə görə, atası M.Novruzov 65 yaşında uzun sürən şəkər xəstəliyindən dünyasını dəyişib.

M.Novruzov BDU-nun Türkologiya kafedrasında çalışırdı.

Qeyd edək ki, M.Novruzov 1956-cı il martın 28-də Naxçıvanın Babək rayonunun Cəhri kəndində doğulub. 1973-1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsil alıb.

1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləyib, 2006-cı ildən isə universitetin professoru idi.

Xatırladaq ki, M.Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.