Selfi çəkən bloqer qatarın altında qaldı
302 views
Latest news
Hindistanda dəmiryolu fonunda esktrimal selfi çəkdirmək fikri Heydərabad şəhərinin sakininə baha başa gəlib.
Oxu.Az-ın məlumatına görə, bloqeri qatarın vurduğu anın görüntüsü “Youtube” videoportalına yerləşdirilib.
Gənc ekstrim həvəskarı lokomotiv və vaqonlar fonunda maraqlı foto və ya videoçarx çəkməyə çalışıb, ancaq relslərə çox yaxınlaşıb. Hadisənin görüntüsündə dostlarının onu fikrindən daşındırmağa çalışdığını görmək olur, ancaq o, məsafənin təhlükəsiz olduğunu, hər şeyi düzgün hesabladığını deyib.
Xəsarət alan gəncə qısa zamanda tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirir.
“YouTube”dakı videonun şərhlərində bəzi istifadəçilər bloqerin bu hərəkətini qınadığını və onun payını aldığını bildirib. Ancaq çoxları bloqerin toqquşmadan sonra sağ qalmasına heyrətlənib.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.