EN
Upload video

Şəhərdə "yan gedən" avtobusların görüntüləri

63 views Latest news
Yenə marşrutlar, yenə problemlər.

Artıq bizə yad olmayan məsələlərdən biri də marşrut xətlərindəki avtobuslar və onlarla bağlı problemlərdir. Bu problemlər dəfələrlə işıqlandırılsada hələ də tam olaraq öz həllini tapmayıb.

Bəzi marşrut xətlərində fəaliyyət göstərən avtobuslar həm aidiyyatı agentliyin, həm də sahibkarların nəzarətindən kənarda qalıblar. Bu avtobuslar xəttlərdə nasaz şəkildə fəaliyyət göstərərək sərnişinlərin və digər avtomobil sürücülərinin həyatını təhlükəyə atır.



Gördüyünüz kadırlarda sizə, şəhərdə yan gedən avtobusları təqdim edirik.

İlk olaraq Xırdalan şəhərindən Fatmayi qəsəbəsi arasında hərəkət edən 592 nömrəli marşrut xəttinin avtobusunu görürüsünüz. Elə ilk baxışdan avtobusun nasaz olduğunu görmək mümkündür, bunun üçün hər hansı bir usta və ya mütəxəssis olmağa ehtiyyac yoxdur.

Digər kadrlarda isə Mərdəkan qəsəbəsi ilə H.Aslanov metro stansiyası arasında hərəkət edən 101 nömrəli marşrut xəttinin avtobusunu görürsünüz.

Bu biyabırçı görünüşə sahib avtobusların görünüşləri ilə yanaşı nasaz olmaları da hər an baş verəbiləcək bir hadisənin xəbərçisidir. Gün ərzində yüzlərlə sərnişin daşıyan bu avtobuslar nə sahibi olan şirkətlərin qarajlarında təmir görür nə də aidiyyatı qurum tərəfindən nəzarətə edilir.

Düzdü, sərnişindaşıma ölkəmizdə günü gündən öz fəaliyyət keyfiyyətini artırır, yeni avtobuslar gətirilir. Bəs bu avtobuslar? Onlarla insanın canının əmanət edildiyi bu yan gedən avtobusların aqibəti necə olacaq? YPX.AZ olaraq ümid edirik ki səsimiz eşidiləcək və aidiyyatı qurumlarla şirkətlər öz üzərlərinə düşən məsuliyyətdən qaçmayacaqlar…

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.