Restoran sahibi barəsində cinayət işi açıldı
192 views
Latest news
Astarada karantin qaydalarını pozduğu üçün cərimələnən restoranın sahibi barəsində bu dəfə cinayət işi başlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Maricel” restoranında təşkil olunan toy mərasimi zamanı növbəti dəfə karantin qaydalarının pozulduğu müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı sözügedən obyektdə bundan əvvəl də təşkil olunan toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi halı aşkarlanıb.
Həmin restoranın sahibi 4000 manat məbləğində cərimə olunub. Növbəti dəfə qayda və tələblərin pozulduğuna isə onun barəsində cinayət işi başlanılıb.

Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.