EN
Upload video

Qəzzadan atılan raket Netanyahunu qorxutdu

30 views Latest news
İsrail Baş Naziri Benyamin Netanyahu Qəzzaya yaxın bölgədə yerləşən Aşkelon şəhərində partiyası “Likud” tərəfindən təşkil edilən tədbirə qatılıb.



“Qafqazinfo”nun “NBC News”a istinadən verdiyi xəbərə görə, tədbir zamanı Qəzzadan atılan raketlər səbəbindən Aşkelondakı bütün xəbərdarlıq sirenləri səslənməyə başlayıb. Bundan qorxuya düşən Netanyahunu mühafizəçiləri dövrəyə alaraq salondan çıxarıblar. O, səslər kəsiləndən sonra yenidən tədbirə qatılıb.



Digər tərəfdən, İsrail ordusu açıqlama verərək Qəzzadan İsrail tərəfinə raket atıldığını, onun “Dəmir günbəz” hava müdafiə sistemi ilə məhv edildiyini ifadə edib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.