EN
Upload video
Qazaxıstanda son vəziyyət

This video cannot be played right now.

Qazaxıstanda son vəziyyət

418 views Latest news
Qazaxıstanın Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib. Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.

Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.

Antiterror əməliyyatı davam edir.

Bundan əvvəl Qazaxıstan hərbçiləri səsgücləndiricilər vasitəsilə iğtişaşçıların Almatıdakı Respublika meydanını boşaltmaqlarını tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq edib. Daha sonra Prezidentin iqamətgahının ətrafı və Respublika meydanı tam təmizlənib.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.