EN
Upload video

Qazaxıstanda böhran dərinləşir

174 views Latest news
Artıq bir neçə gündür ki, Qazaxıstanın bir sıra şəhərlərində eyni zamanda Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanır. Çoxlu sayda ölü və yaralı, həbs olunan var.

Bəs, görəsən Qazaxıstandakı iğtişaşların yaranmasına təkan verən amil nə oldu və bu prosesin ölkəni uğursuzluğa düçar etməsinin səbəbi nə ilə bağlıdır?

Millət vəkili Fazil Mustafa hesab edir ki, məqsədsiz və məramsız olan kütləvi etirazların, iğtişaşların sonu dövlətin zərəri, xalqın isə topladığı sərvətinin dağıdılmasına gətirib çıxarır. Qazaxıstanda da təqribən eyni proseslər baş verdi. Ölkədəki çoxmillətliklik, işsizlik, kriminal ünsürlərin say çoxluğu və bundan başqa pandemiyanın da psixoloji təsiri həmin iğtişaşların başlamasına şərait yaratdı.

O zaman belə bir sual ortaya çıxır. Bu kimi halların baş verməməsi üçün həll yolu nədir?

Bəli, yanvarın 5-də Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdi.

Müraciətdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Şurasının sədri kimi iştirakçı ölkələrin liderlərinin Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdi.

Bundan sonra Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və Ermənistan Qazaxıstana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində qoşun göndərməyə qərar verdi.

Bunu isə Qazaxıstanın gələcək taleyi üçün fəlakət adlandıranlar da var. Səbəbini isə millət vəkili Fazil Mustafa açıqlayır.

Qeyd edək ki, Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxdılar. Etirazlar daha sonra digər böyük şəhərlərə də yayıldı.

Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verdi.

REAL

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.