Qardaşlar evdə öldü
249 views
Latest news
Bakıda iki qardaşın dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır. APA xəbər verir ki, hadisə Nərimanov rayonunda, evdə qeydə alınıb. Rayon ərazisindəki evdə kirayədə yaşayan, Əli və Sərxan Həsənov qardaşlarının meyiti tapılıb. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir. Məlumata görə, qardaşlardan yanvarın 25-dən xəbər olmayıb. Qohumları onların yaşadığı evə gəlib, evin pəncərəsini çöldən açaraq içəri daxil olublar. Onlar iki qardaşın meyitlərini aşkar ediblər. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır
Comments 0
Sign in to write a comment
No comments yet. Be the first to write one.