EN
Upload video

Qarabağda yeni radio açılır

72 views Latest news
Bu gün Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

MTRŞ-dan APA TV-yə bildirilib ki, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

1. "Real Təhlil İnformasiya Mərkəzi" MMC;

2. "Caspian İnternational Broadcasting Company" MMC;

3. "Balans Studiyası" MMC;

4. "İNS ÇM" MMC;

5. "İsti Press" MMC

6. "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası

7. "ARB 24" MMC

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Comments 0

Sign in to write a comment

No comments yet. Be the first to write one.